Ukraynalı turistlər tətil üçün Türkiyəyə gəldi

09:00 02-07-2020 43

Türkiyə ilə Ukrayna arasında koronavirusa qarşı görülən tədbirlər çərçivəsində fasilə verilən uçuşların başlaması ilə 189 turisti daşıyan təyyarə Antalya hava limanına eniş edib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Ukraynanın Xarkov şəhərindən havaya qalxan “SkyUp” aviaşirkətinə məxsus təyyarə yerli vaxtla 02:10-da mənzil başına çatıb.

Təyyarədən enərkən “Türkiyə üçün çox darıxmışdıq. Salam, Türkiyə!” deyən turistlər teplovizor kameralarından keçib.