Maşını park edərkən ard-arda iki uğursuzluq insanları güldürdü - VİDEO

11:40 02-07-2020 505

“Jaguar” markalı maşını park etmək istəyən qadın sürücünün “peşəkarlığı” sosial şəbəkədə gülüş obyektinə çevrilib.

Bu barədə kadrları “LifeShot” yayımlayıb.

Hadisənin Rusiyanın Tula şəhərində baş verdiyi vurğulanır.

Kadrlardan görünür ki, servis xidmətində qadın maşını park etmək üçün iki dəfə cəhd edir, hər ikisində də uğursuzluğa düçar olur.

Video sosial şəbəkədə yayıldıqdan sonra istifadəçilər arasında gülüşlə qarşılanıb.