Xaçmaz məktəbində yanğın

09:40 03-07-2020 392

Xaçmaz rayonunda yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, rayonun Palçıqoba kəndində ümumi sahəsi 550 kvadrat metr olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 kvadrat metr sahədə və bir otağının yanar konstruksiyaları 47 kvadrat metr sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.