Kim Çen In: “Partiyanın iradəsi sayəsində koronavirus ölkəyə daxil ola bilmədi”

12:40 03-07-2020 331

Şimali Koreya lideri Kim Çen In bildirib ki, Əmək Partiyasının Mərkəzi Komitəsinin iradəsi və xalqın şüurlu birliyi sayəsində koronavirus ölkəyə daxil ola bilməyib.

Bu barədə TASS məlumat yayıb.

Ölkə hakimiyyəti iddia edir ki, virus partiyanın Mərkəzi Komitəsinin uzaqgörən rəhbərliyi sayəsində Şimali Koreyada aşkarlanmayıb.

Xatırladaq ki, Şimali Koreya koronavirus pandemiyasının başladığı gündən ölkədə heç bir yoluxma hadisəsinin qeydə alınmadığını bildirir.