Bakıda kişi oğurladığı dibçəyi kafeyə geri qaytardı - ANBAAN VİDEO

15:20 04-07-2020 391

Bakıda orta yaşlı kişi bir müddət öncə oğurladığı dibçəyi kafeyə geri qaytarıb. 

HerGun.Az xəbər verir ki, bununla bağlı görüntülər kafe sahibi tərəfindən sosial şəbəkədə paylaşılıb:

“Dostlar, ictimai qınaq, sizin köməkliyiniz nəticə verdi. “Qəhrəmanımız” oğurladığı dibçəyi dünən yerinə qoyub. Ümid edirəm, bu ona və onun kimilərə böyük dərs olar”.

Həmin görüntüləri təqdim edirik: