Daha bir turnir təxirə düşdü

16:20 05-07-2020 417

Qadınlar arasında Belarusun paytaxtı Minskdə keçiriləcək şahmat üzrə Dünya Kuboku 2021-ci ilə təxirə salınıb.

HerGun.Az xəbər verir ki, qərar FIDE-nin İdarə Heyəti tərəfindən verilib. Qadınların Dünya Kuboku turniri bu ilin avqustunda keçirilməli idi. Kişilər arasında isə analoji yarış isə öz vaxtında – 2021-ci ildə baş tutacaq. Qeyd edək ki, qadınların yarışında Azərbaycan millisindən Gülnar Məmmədova iştirak etməli idi.

Səbuhi Musayev