Sabirabadda ağır qəza: Bir ailədən iki nəfər öldü, ikisi yaralandı

01:00 07-07-2020 339

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub. 

Qəza nəticəsində bir ailənin dörd üzvündən iki nəfər ölüb (bir qadın, bir kişi), ikisi isə yaralanıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.