İdarəetməni itirən sürücü avtomobili kafenin yay terrasına çırpdı - FOTO

02:40 08-07-2020 47

Moskvada sürücü idarəetməni itirərək, maşını kafenin yay terrasına çırpıb.

REN TV xəbər verir ki, ətrafdakı şəxslər hadisəni mobil telefonlarına çəkərək, sosial şəbəkələrdə paylaşıb.

Görüntülərdə minik avtomobilinin kafenin yay terrasının hasarını yararsız hala saldığı aydın görünür.

İlkin məlumata görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.