Ağstafada piyadanı maşın vurdu

00:00 09-07-2020 388

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Qadiri Oqtay Böyükağa oğlu yolu keçmək istəyən zaman onu maşın vurub. 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.