Sabunçuda avtomobillər toqquşdu, xəsarət alan var

00:40 09-07-2020 361

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xudiyev Yaqub Səfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.