Nəhəng yarasanın görünüşü qorxu yaratdı - FOTO

06:20 09-07-2020 502

Qanadları 1,7 metrə qədər olan yarasanın şəkli sosial şəbəkədə virus kimi yayılıb.

“Daily Mirror”un məlumatına görə, foto “Twitter”də dərc edildikdən sonra 270 mindən çox izləyici tərəfindən bəyənilib və 110 min dəfə paylaşılıb.

Yarasanın görünüşü sosial şəbəkə istifadəçiləri arasında qorxu yaradıb. Onların sözlərinə görə, belə iri yarasaların mövcudluğundan xəbərsiz olublar.

“Təsəvvür edin, o oyanıb və sizə doğru uçur. Mən ölkədən qaçardım”, “Onların ət yemədiklərini bilirəm, amma yenə çox qorxulu görünüşləri var”, - deyə istifadəçilər bildiriblər.

Qeyd edək ki, Filippin adalarında rast gəlinən aserodon yarasalarının nəhəng qanadlarına baxmayaraq, boyu cəmi 29 sm-dir.