Bakıda yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

00:00 10-07-2020 348

Bakıda 18-ci əsrdən qalma hamam zibilliyə çevrilib.

HerGun.Az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Söhbət Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindən gedir.

Fotolarda gördüyünüz XVII-XVIII əsrlərə aid hamamdır. “Qum hamamı” da deyirlər. Böyük bir hissəsi torpağın altında qalan hamam bu gün zibilliyə çevrilib. Maştağada 10-dan çox belə hamam olub. Bu gün onlardan təxminən üçü qalıb.

Bütün Abşeron kəndlərində bu formada hamamlar mövcud olub. Təəssüf ki, onların böyük əksəriyyəti bərbad, baxımsız vəziyyətdədir.