Gəncədə güclü yağış fəsadlar törətdi - FOTO

14:40 11-07-2020 386

Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik xəstəxananın hasarı uçub.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. 

Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb. 

Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.