75 yaşlı baba nəvəsi ilə birlikdə boğularaq öldü

04:00 13-07-2020 398

Rusiyanın Çelyabinsk vilayətində 75 yaşlı kişi altı yaşlı nəvəsi ilə birlikdə göldə boğularaq ölüb.

74.ru xəbər verir ki, hadisə vilayətin Arqayaş rayonunda yerləşən göldə baş verib.

Ərinin və nəvəsinin uzun müddət çimməyə getdikləri göldən qayıtmadıqlarını görən qadın onları axtarmağa yollanıb, sahildə baba ilə nəvənin paltarlarını tapsa da, özlərindən xəbər tuta bilməyib.

Hadisə ilə bağlı məlumat alan polis axtarışlara başlayıb. Yalnız səhərə yaxın yaşlı kişi ilə uşağın meyitləri sahildən dörd metr aralıda aşkarlanıb.