Ucar sakininin oğlu tərəfindən öldürüldüyü məlum olub

11:20 13-07-2020 372

Ucar sakininin qətlinin üstü açılıb.

APA-nın xəbərinə görə, balta ilə baş nahiyəsindən ağır xəsarət aldıqdan sonra Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən və orada vəfat edən rayonun Bərgüşad kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasovun, oğlu - 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən öldürüldüyü məlum olub.

Xatırladaq ki, B.Abbasovun yaxın qohumları tərəfindən öldürüldüyü ehtimal edildiyi üçün mərhumun qardaşı uşaqları şübhəli şəxs qismində saxlanılmışdı. Aparılan araşdırmalar nəticəsində B.Abbasovun oğlu tərəfindən qətlə yetirildiyi təsdiqlənib. 

Qeyd edək ki, iyulun 10-da gecə saat 3 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinə başlanılıb.