28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını şüşə ilə kəsdi

12:20 14-07-2020 696

Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazına xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb.

Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib.

Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.