Soydaşlarımız Ermənistanın Berlindəki səfirliyinin önündə etiraz aksiyası keçirirlər - CANLI YAYIM

17:00 18-07-2020 432

Bu dəqiqələrdə Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü ilə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında böyük etiraz aksiyası keçirilir.

Bununla bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, torpaqlarımızın işğaldam azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan 500 nəfərə yaxın vətənpərvər soydaşımızın qatıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları xorla səsləndirilir. Soydaşlarımız işğal altında olan Qarabağın unudulmadığını, hər an Vətənizimin azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan ediblər.

Hazırda aksiya Azərbaycan diaspor təşkilatlarının rəhbərləri çıxışları ilə davam edir.