"Lukoil" YDM-də 70 litrlik çənə 86 litr benzin vurulur-VİDEO

15:53 20-07-2019 1578

Sosial şəbəkədə "Lukoil" Azərbaycan şirkətinə məxsus yanacaqdoldurma məntəqələrindən birində çəkilmiş video müzakirələrə səbəb olub.

HerGun.az xəbər verir ki, paylaşılan kadrlarda tutumu 70 litr olan avtomobilin çəninə 86 litr yanacaq doldurulduğu iddia olunur. Şərh bölməsində həmçinin kadrların Xırdalan şəhərində çəkildiyi iddia olunur.

Onu da qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən LukOil Yanacaq Doldirma Məntəqələrində sürücüləri aldadılması ilə bağlı şikayətlər yayaılmışdı.

Həmin şikayərlərdə LukOil YDM-lərdə hər 10 litr yanacağa görə müştəridən ən azı 0,5 litr yanacaq kəsildiyi bildirilirdi. O vaxt əməkdaşımız bunun Bakınov qəsəbəsindəki LukOil-a məxsus YDM-də şəxsən şahidi olub. Belə ki, əməkdaşımız hər biri 31,5 litr tutumu olan iki çən dizel yanacağı alıb. Çənlərdəki yanacağın ümumi həcmi 63 litr olmalı halda tam dolmasa da, iki çənə 66,66 litr yanacaq vurulub. Əməkdaşımız bunun səbəbini soruşduqda YDM operatoru yanacağın köpüklü olması ilə izah edib. Guya təzyiqlə vurularkən köpük əmələ gəldiyindən yanacağın miqdarı sayğacda artıq görünür. Nəticədə isə müştərilər aldadılır.

LukOil-in Bakı ofisindən hadisənin araşdırılması üçün yerində monitorinq aparılması təklif edilib. Öncə ərazi üzrə menecer yanacağın daşınması ilə bağlı təhlükəsizlik qaydalarını izah edib. Bildirib ki, əslində təlimata uyğun olaraq yanacağın plastik və şüşə qablara vurulması qadağandır. Amma operatorları humanistlik edərək bizi geri qaytarmayıblar. Və həmin operator da təlimatı pozduğuna görə cəzalandırılacaq.

Hətta arada operatoru təlimatı pozmağa bizim vadar etdiyimizi, ona “şirinlik” verdiyimizi idda etdi. Guya bununla bağlı əllərində görüntü də varmış. Amma biz həmin görüntünü tələb etdikdə iddiasından vaz keçdi.

Nəyə görə, yanacağın plastik qaba vurulması qadağandır? Bu məntiqlə avtomobillərin də çəninə yanacaq vurmaq olmaz, çünki onların çəni də plastikdir.

Məsələ ilə bağlı "Lukoil" Azərbaycan şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, hazırda onlarda bu barədə heç bir məlumat yoxdur, ancaq bu məsələ araşdırılacaq.