Bakıda ağır qəza: 25 yaşlı gəncin ayağı sındı
09:20 24-07-2020 336
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Hadisə zamanı 1995-ci il təvəllüdlü Hüseynov Cavid Əmralı oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.