Bərdədə gənc iynədən şoka düşüb öldü - AÇIQLAMA

12:40 24-07-2020 318

Xəbər saytlarında Bərdə rayonunda gəncin iynənin şokundan ölməsi barədə məlumat yayılıb.

İddia edilir ki, Quliyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub və bundan sonra onun halı pisləşib. Xəstə dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə HerGun.Az-a açıqlamasında bildirib ki, mərhum xəstəxanada vəfat etməyib:

“Təcili Tibbi Yardım maşını onu xəstəxanaya gətirən zaman yolda ölüb. Məsələ barədə aidiyyəti qurumlara məlumat verilib. Necə ölməsi və nədən ölməsi barədə hüquq-mühafizə orqanları araşdırma aparır”.

İlhamə Əbülfət