Soydaşlarımız Praqadakı Azərbaycan səfirliyinin önündə ermənilərin səsini batırdı - VİDEO

19:40 24-07-2020 460

Bu gün ermənilərin Azərbaycanın Çexiyadakı səfirliyi önündə aksiya keçirməklə bağlı məlumat paylaşıblar. Buna cavab olaraq, soydaşlarımız Praqa şəhərində yerləşən səfirliyimizin önünə gəliblər. 

HerGun.Az xəbər verir ki, Azərbaycan bayraqlarına bürünən həmvətənlərimiz səfirlik önünə gələn kiçik bir qrup erməniyə macal verməyiblər. 

Soydaşlarımız “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan”, “Qarabağa ədalət”, “Qarabağa bizimdir, bizim olacaq” şüarlarını səsləndirərək, erməniləri aksiya keçirmək istəmələrinə peşman ediblər.