Bakıda azyaşlı qaynar süd qazanına düşərək öldü

09:40 28-07-2020 320

Bakıda azyaşlı faciəvi şəkildə həyatını itirib.

HerGun.Az xəbər verir ki, dünən saat 13:00 radələrində dörd yaşlı Elmir Gülməmmədov yanaraq ölüb. 

Onun Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış məntəqəsində yaşadığı evdə qaynar süd qazanına düşdüyü bildirilib.

Azyaşlı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.