Pandemiya ilə ruhi sağlamlıq arasında əlaqə müəyyən olunub

08:20 31-07-2020 386

Koronavirus insanların psixi sağlamlığına təsir göstərir.

Lenta.ru-nun məlumatına görə, epidemiyanın bu aspektinin əhəmiyyəti barədə İsveçin Uppsala Universitetinin professoru, doktor Emili Holms danışıb.

Həkimin sözlərinə görə, pandemiya şəraitində psixi təsirlər xüsusən yaşlılar və uşaqlarda hiss olunur. Bu səbəbdən tibb işçiləri bədən və psixikanın bir-biri ilə əlaqəsini nəzərə alan yeni müalicə formaları üzərində işləməlidirlər.

“Bu, mediada geniş şəkildə işıqlandırılan ilk pandemiyadır, insanlar “məlumat bombardmanı”na məruz qalır”, - deyə, Holms bildirib.

O, hazırkı vəziyyətdə insanların misli görünməmiş səviyyədə smartfonlardan istifadə etdiyini xatırladaraq, xəstəliyə qarşı mübarizədə bunun nəzərə alınmalı olduğunu vurğulayıb.