Daha bir erməni əsgər öldü - Döyüş postunda

11:00 21-07-2019 700

Döyüş postunda daha bir erməni əsgər ölüb.

“Sputnik Ermənistan”ın məlumatına əsasən, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib.

Onun sözlərinə görə, 2000-ci il təvəllüdlü müddətli hərbi qulluqçu Amik Vardanyanın meyiti hərbi hissələrdən birinə məxsus döyüş postunda tapılıb.

Hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.