Gəncə sakini “Qarabağ İgidləri Muzeyi”ndə 3000-dən çox eksponat toplayıb - VİDEO

16:20 01-08-2020 623

Gəncə sakini Elnarə Tağıyeva şəxsi təşəbbüsü ilə yaratdığı muzeydə Azərbaycan torpaqları uğrunda döyüşdə şəhid olan və yaralanan əsgərlərin şəxsi əşyalarını toplayıb.

HerGun.Az-ın müxbiri bu barədə sözügedən muzeydən hazırladığı reportajında danışır.

“Qarabağ İgidləri Muzeyi” E.Tağıyeva tərəfindən 1992-ci ildə yaradılıb.

Reportajda vurğulanır ki, burada işğalçıya qarşı döyüşlərdə şəhid olan və ya yaralananların şəxsi əşyaları toplanır. 

O, 28 il ərzində burada ümumilikdə 3000-dən çox eksponat toplaya bilib.

Təfərrüatlar videoda təqdim olunub.