Hava kəskin dəyişir: Güclü külək, şimşək, leysan - XƏBƏRDARLIQ

17:20 01-08-2020 403

Avqustun 2-si axşamdan  avqustun 4-dək Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.  

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında,  avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. 

Havanın temperaturu  avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Qeyri-sabit hava şəraiti avqustun 4-ü gündüzədək davam edəcək.