Rihannanın geyim brendi “Emmy” mükafatına namizəd olub - FOTO

07:20 04-08-2020 629

Bütün dünyada məşhur müğənni Rihannanın geyim brendi “Savage X Fenty” “Emmy” mükafatına namizəd olub. Rəqslər, musiqi və seksual alt paltarında gözəl qızlarla performans “Estrada və ya realiti-şou üçün xoreoqrafiya” olaraq qiymətləndiriləcək.

Bu barədə “StarNews” xəbər yayıb.

Yeri gəlmişkən, bu vaxta qədər “Emmy”yə namizəd olan yeganə moda şousu “Victoria's Secret”ə məxsus idi. Üstəlik, bu şou işığın qurulması meyarlarına görə sırf texniki olaraq qiymətləndirilmişdi.