Azərbaycanda dəhşətli qətl: Kişi arvadını güllələyib öldürdü - YENİLƏNİB + TƏFƏRRÜAT

08:40 04-08-2020 745

Qazax rayonunda baş verən qətlin bəzi detalları üzə çıxıb.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, qətl 16 kalibrli təklülə tüfənglə törədilib.

Belə ki, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz 1973-cü il təvəllüdlü arvadı Osmanlı Maral Baba qızını güllələyib.

Cütlüyün üç azyaşlı övladı var.

Cinayəti törədən ər saxlanılıb.

İlkin məlumata görə, kişi cinayəti ehtiyatsızlıqdan törətdiyini deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət

08:18

Qazax rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib.

Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.