Keti Perridən qəribə açıqlama: “Ərimlə məni bir-birimizə yadplanetlilər bağlayır”

04:40 05-08-2020 637

Qızını qucağına alacağı günləri hesablayan dünyaca məşhur müğənni Keti Perri həyat yoldaşı aktyor Orlando Blum ilə münasibətləri və evliliyi haqqında açıqlamalar verib.

“The Sunday Times”a danışan müğənni bildirib ki, onları bir-birinə ruhani aləmə olan maraq və sevgi bağlayır.

Həyat yoldaşının hər səhər 7-də qalxıb meditasiya etdiyini deyən Perri bildirib ki, bizi bağlayan şeylərdən biri ruhani aləmi araşdırmaqdır: 

“Əsas sevgi dillərimizdən biri də mənəvi inkişafdır. Biz mistikanı, yadplanetliləri, macəranı çox sevirik. Bunlar bizi birləşdirən əsas elementlərdir”.

“Smile” adlı yeni albomu bu ayın sonunda çıxacaq Perri və Blum qız övladlarının dünyaya gəlməsini səbirsizliklə gözləyirlər.