Arda Turan “Qalatasaray”a qayıdır

17:00 05-08-2020 503

Türkiyəli yarımmüdafiəçi Arda Turan “Qalatasaray” futbol komandasında oynayacaq.

“BeIn Sports” xəbər verir ki, bu baradə tərəflər razılıq əldə etsə də, təfərrüat açıqlanmayıb.

Razılığa əsasən, doqquz mövsüm “Qalatasaray”da çıxış etmiş Arda Turan yenidən bu klubu təmsil edəcək.