FTB məşhur bloqerin evində axtarış apardı

04:40 06-08-2020 352

Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları axtarış orderi ilə amerikalı məşhur bloqer Ceyk Polun evinə gəliblər. 

TMZ xəbər verir ki, “YouTube”un ulduzu Kaliforniya ştatının Kalabasas şəhərində yaşayır. 

Hələlik axtarış səbəbləri, eləcə də həbslə bağlı məlumat açıqlanmayıb. 

Ümumilikdə 20-dən çox FTB əməkdaşı bloqerin evində axtarış işlərinə cəlb olunub.