Bakıda evdən 4 900 manatlıq məişət əşyaları oğurlandı

14:40 06-08-2020 420

Bakının Xətai rayonunun polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 000 ABŞ dolları (3 400 manat) və 1 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.