Sahibkarlar da diqqətdən kənarda qalmayacaq - VİDEO

00:40 08-08-2020 861

Pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoydu. Məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxardı ki, nəticədə bu ilin ilk yarısının yekunlarında ümumdaxili məhsulun 2,7 % azalması müşahidə edildi. Düzdür, bu rəqəm digər ölkələrin göstəricilərinə nisbətən məqbul sayılır. Buna baxmayaraq iqtisadi böhrana qarşı yeni iqtisadi paketin qəbuluna ciddi ehtiyac yaranıb.

İqtisadçı ekspert Elşad Məmmədovun Baku TV-yə verdiyi müsahibədə bildirib ki, yeni iqtisadi model pandemiyanın təsirlərini minimumlaşdırmaqla yanaşı, postpandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə imkan yaratmalıdır. Burada əsas diqqət yetirilməli məqam qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, özəl investisiya qoyuluşunun təşviq edilməsidir.

Ətraflı Baku TV-nin süjetində: