ÜST COVID-19 əleyhinə peyvəndi əldə etmək üçün lazım olan məbləği açıqladı

02:40 11-08-2020 376

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus dünyada COVID-19 əleyhinə hazırlanmış peyvəndlərə universal çıxışı təmin etmək üçün nə qədər pulun lazım olduğunu deyib.

TASS xəbər verir ki, o, təkcə peyvəndlərin 100 milyard dollardan çox pul tələb edəcəyini bildirib.

Bununla yanaşı, o qeyd edib ki, aprel ayında aparılan maliyyə yığımı tələb olunan məbləğin cəmi 10%-ni toplamağa imkan verib:

“Bu, hər kəsin hər yerdə bu vasitələrdən istifadə etməsini təmin etmək üçün lazım olan qlobal sərmayənin yalnız bir hissəsidir”.