Vaşinqtonda əyləncə qanlı bitdi: Bir ölü, 20 yaralı

04:20 11-08-2020 403

Vaşinqtonda küçədə keçirilən əyləncə qanlı bitib.

Naməlum şəxslər küçədə əylənən insanlara atəş açıb.

Bu barədə RENTV məlumat yayıb.

Hadisə nəticəsində bir yeniyetmə ölüb, 20 nəfər yaralanıb. Yaralılardan yeddi nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər insanlara atəş açıb.

Faktla bağlı araşdırma başladılıb.