Meksika klubu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı

18:00 12-08-2020 459

Meksikanın “Tlaskala” futbol klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldunun “Yuventus”u tərk edəcəyi ilə bağlı xəbərlərin fonunda maraqlı paylaşımla diqqət mərkəzinə düşüb.

Sports.ru xəbər verir ki, Meksikanın üçüncü liqasında təmsil olunan klub “Twitter” səhifəsində Ronaldunun klubun forması ilə fotosunu dərc edib.

Klub Ronaldu ətrafında gəzən söz-söhbətə istehza ilə yanaşmağa çalışıb.