Avtomobilini bilə-bilə kanalda batırdı - VİDEO

05:20 13-08-2020 423

Rusiyanın Krasnoyarsk şəhər sakini “NİVA” markalı minik avtomobilini suda batırıb.

Video “Krasnoyarsk №1” “Telegram” kanalında yerləşdirilib.

Videoda sükan arxasında oturan sürücünün avtomobili su kanalına sürdüyü, özünün isə üzərək sahilə çıxdığı əks olunub.

Hüquq mühafizə orqanları sürücünün davranışı ilə əlaqədar araşdırma aparır.