Tramp Pentaqon rəhbərini istefaya göndərməyi düşünür

13:00 13-08-2020 366

ABŞ Prezidenti Donald Tramp öz müşavirləri ilə Müdafiə naziri Mark Esperin istefası ehtimalını müzakirə edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Dövlət başçısı Pentaqon rəhbərinin istefaya göndərilməsi qərarını prezident seçkilərinin nəticələri bəlli olana qədər qəbul etməyəcək, lakin müşavirləri ilə birlikdə yenidən seçiləcəyi halda Müdafiə nazirinin dəyişdirilməsi məsələsi nəzərdən keçirilib.