“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib - FOTO

17:00 13-08-2020 413

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, videokonfransda iştirakçı dövlətlərin nümayəndələrinə müsabiqəyə hazırlıq haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etməyəcək.

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin cari ilin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.