Abşeronda piyadanı maşınla vurub öldürən sürücü hadisə yerindən qaçdı

00:40 14-08-2020 386

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub. 

Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb. 

Ölən qadının şəxsiyyəti və hadisənin törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.