Millimizə cəlb olunması nəzərdə tutulmuş futbolçu Super Liqa klubuna keçdi - FOTO

17:00 14-08-2020 497

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Əmir Ağayevin Azərbaycana qayıtmayacağı dəqiqləşib.

HerGun.Az xəbər verir ki, israilli futbolçu karyerasını Yunanıstan Super Liqasında çıxış edən Afinanın “Atromitos” klubunda davam etdirəcək.

O, klubla 1+1 illik müqavilə bağlayıb. Əmir Ağayev 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçunu “Sumqayıt” heyətində saxlamaqda maraqlı idi. Həmçinin, İsrail vətəndaşı olan bu futbolçunun Azərbaycan millisinə də cəlb olunması nəzərdə tutulurdu.

Səbuhi Musayev