Abid Şərifovdan jurnalistin maşının üzərinə çıxmasına REAKSİYA: "Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol..."

18:14 22-07-2019 1522

Bu gün bir qrup jurnalist Mətbuat Şurasının binası qarşısında aksiya keçirib.

“Yeni Sabah.az” xəbər verir ki, bu zaman Baş nazirin keçmiş müavini Abid Şərifov həmin ərazidə öz maşınına əyləşib. Jurnalistlər onu sual ünvanlamaq istədikdə isə Şərifov qapını bağlayaraq sürücüsünə hərəkət etmək əmri verib.

Buna etiraz edən media nümayəndələrindən biri onun avtomobilinin üstündə oturaraq getməsinə mane olmaq istəyib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:

“Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri “kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur. Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o maşının üzərinə atlanır. Deyirsən maşının üstüdən düş, düşmürdü.”

Həmin görüntünü təqdim edirik: