Rusiyanın Müdafiə naziri Bakıya gələcək - YENİLƏNİB + RƏSMİ

16:40 23-08-2020 573

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gələcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sergey Şoyqu Bakıya Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə avqustun 25-də səfər edəcək. 

16:36

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, Rusiya müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.