Ön xətt bölmələrimiz qışa tam hazırdır - VİDEO

12:40 01-09-2020 727

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zirvələrdə qış daha sərt keçdiyindən birinci eşelon bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaqla, eləcə də digər zəruri ehtiyatlarla qabaqcadan və ilk növbədə tam təmin edilir.