Ermənistan Silahlı Qüvvələri Tovuzun Ağdam kəndini atəşə tutub - FOTO

20:00 03-09-2020 596

Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

APA-nın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib.

Sakinlər arasında xəsarət alan olmayıb.