Braziliyanın futbol millilərində qadınlar kişilərlə eyni qazanacaq

22:40 04-09-2020 508

Braziliya Futbol Federasiyası qadın və kişilərdən ibarət milli komandaların oyunçularına eyni məvacibin veriləciyini açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Braziliya Futbol Federasiyası bu addımı futbolda ikili standartların qarşısını almaq üçün atıb.

Federasiyadan verilən açıqlamada sözügedən sistemin bütün turnirlərdə tətbiq olunacağı qeyd olunub.