Messi koronavirus testindən keçdi, nəhayət məşqlərə başlayacaq

18:20 06-09-2020 503

“Barselona”dan ayrılacağı gündəm olan, daha sonra qərarını dəyişən Lionel Messi nəhayət komanda ilə məşqlərə başlamağa qərar verib. 

Bununla əlaqədar o, yeni mövsümün ilk məşqindən öncə koronavirus testindən keçib.

Sports.ru xəbər verir ki, xüsusi həkim briqadası bu məqsədlə Messinin evinə gedib.

Bildirilir ki, koronavirus testi neqativ olarsa, futbolçu gələn həftədən məşqlərə çıxacaq.