Serbiya prezidenti Trampla görüşü barədə Lavrova hesabat verdi

18:40 06-09-2020 344

ABŞ Prezidenti Donald Trampla görüşən Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç bununla bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrova hesabat verib.

Xəbər Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd edilib ki, Vuçiç Lavrovu Avropa Birliyinin nümayəndələri ilə Brüsseldə keçiriləcək danışıqlar barədə də məlumatlandırıb.

Vuçiç və Lavrov daha sonra Kosovo probleminə də toxunublar. Rus nazir bu məsələdə Moskvanın mövqeyinin dəyişməzliyini bir daha qeyd edib və bildirib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll edilməlidir.