Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

22:20 06-09-2020 373

Türkiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayında artım olub.

Bu barədə ölkənin Səhiyyə naziri Fahretin Koca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda koronavirusdan 53 nəfər ölüb.

96 842 şübhəli koronavirus testindən keçib, onlardan 1578-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1102 nəfər olub, 1013 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 279 806  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 251105 nəfər sağalıb, 6673 nəfər ölüb.