Dünyanın ən böyük futbol stadionunda on minlərlə azarkeşi əvəz edən DJ - VİDEO

23:40 06-09-2020 595

Mövcud koronavirus pandemiyası səbəbindən hazırda dünyanın bir çox ölkələrində futbol matçları azarkeşsiz keçirilir.

Bu qayda futbolun ən çox sevildiyi ölkələrdən olan Braziliyada da tətbiq olunur.

Amma dünyanın ən böyük futbol stadionu olan “Marakana”da buna “çarə” tapıblar. Belə ki, ev oyunlarını bu stadionda keçirən “Fuliminese”nin matçlarında DJ Frank meydanda on minlərlə azarkeşin səs effektini canlandıraraq futbolçuları “darıxmağa” qoymur.

Oyunların biri zamanı qeydə alınan görüntüləri təqdim edirik.